Paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
01.02.2024Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 26-da keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini E.Ələkbərov və Laçın rayon sakini A.Əliyev saxlanılmışdılar.
Davam etdirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini T.Qurbanlı da müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.