Ooğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini R.Məmmədov müəyyən olunaraq saxlanılıb
25.01.2024Abşeron rayonu ərazisində Saray qəsəbə sakininin bank kartından hesabındakı 1230 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Xırdalan şəhər sakini olan daha bir nəfərin bank kartından hesabındakı 931 manatını oğurlaması da məlum olub.