Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayon Yenidaşkənd kənd sakini Çingiz Paşayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir

14.07.2008

İyulun 10-da Bərdə rayonunun Yenidaşkənd kəndindən, kənd sakini Çingiz Paşayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və ilkin izahatında ehtiyatsızlığı nəticəsində xəsarət aldığını bildirmişdir. Araşdırmalar zamanı Ç.Paşayevin xəsarəti digər şəraitdə alması müəyyən edilmişdir. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Paşayevə mübahisə zəminində bıçaqla xəsarət yetirmiş Tərtər rayon sakini Taleh Allahverdiyev tutulmuşdur.