Nərimanov rayonu ərazisində rabitə naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Gözəlov saxlanılıb
10.01.2024Yanvarın 9-da Nərimanov rayonu ərazisində rabitə naqilinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Gözəlov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.