Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

14.07.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ 33-cü PB əməkdaşları Bakı şəhər sakini İlham Səlimovdan 0,271 qram heroin, Xətai RPİ 34-cü PB əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zemfira Saibovadan 0,276 qram, Hacıqabul rayon sakini Mikayıl Həsənovdan isə 0,219 qram heroin, Abşeron RPŞ əməkdaşları Kürdəmir rayon sakini İlqar Ağayevdən 0,277 qram heroin, Göyçay RPŞ əməkdaşları rayon sakini Elşən Həsənovdan 5,141 qram heroin və 3,78 qram tiryək, onun qardaşı Pərvizdən isə 0,446 qram heroin, Qarabaqqal kənd sakini Azər Məmmədov 0,286 qram heroin götürmüşlər.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elşad Səfərov 0,267 qram heroini satarkən tutulmuşdur.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əbdülrəhim Nuriyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 7 kiloqram olan 67 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.