Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin girişindən 2 ədəd velosipedin oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov saxlanılıb
20.12.2023Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin girişindən 1400 manat dəyərində 2 ədəd velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov saxlanılıb.
Onun müxtəlif vaxtlarda həmin ünvandan 1500 manat dəyərində daha 2 velosiped oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.