Biləsuvar rayon sakini M.Cabbarlının və Beyləqan rayon sakini A.Hüseynovun mobil telefonlarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
15.10.2023Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayon sakini M.Cabbarlının və Beyləqan rayon sakini A.Hüseynovun mobil telefonlarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini N.Qocayev, Beyləqan rayon sakini V.Əliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Qafarov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.