Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yol-nəqliyyat hadisəsi

08.07.2008

Saat 23.40 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "VAZ-21011" markalı avtomaşının sürücüsü, Xocalı rayon sakini Elman Məmmədov və sərnişini, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynov sərxoş halda Xəlil Verdiyevin qarşısını avtomaşınla kəsmiş və münaqişə zəminində ona boğaz və üz nahiyələrindən kəsici alətlə xəsarət yetirmişlər. Xəsarət almış X.Verdiyev Goranboy rayon Xəstəxanasına yerləşdirilmişdir. Görülmüş tədbirlər nəticəsində E.Məmmədov idarə etdiyi avtomaşınla saxlanılaraq RPŞ-yə gətirilmiş, E.Hüseynovun tutulması üçün tədbirlər davam etdirilir.