Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşalrdan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdirdür

08.07.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 22-ci PB əməkdaşları Müşfiqabad qəsəbə sakini Seyran İsmayılovdan 0,242 qram heroin, Suraxanı RPİ 31-ci PB əməkdaşları Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Canpolad Əhmədovdan 0,253 qram heroin götürmüşlər.  Mingəçevir ŞPŞ əməkdaşlarının keçrdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Mürşüdovdan 0,21 qram heroin götürülmüşdür. V.Mürşüdovun narkotik vasitəni həmyerlisi Ruslan Məmmədovdan alması müəyyən edilmişdir. Ağstafa RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən Sadıxlı kəndindən yabanı halda bitmiş, çəkisi 7264 kiloqram olan 9186 ədəd, Nizami (Gəncə) RPŞ əməkdaşları tərəfindən Gəncə çayının kənarında yabanı halda bitmiş, çəkisi 670 kiloqram olan 2317 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir.