Azadlıq prospektində yol-nəqliyyat hadisəsi
07.07.2008 İyulun 9-da saat 00.45 radələrində Nəsimi rayonundakı Azadlıq prospektində Ağcabədi rayon sakini Fikrət İmanovun idarə etdiyi "Toyota Prado" markalı və Suriya vətəndaşı Matuk Cihad Əhməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar.
Nəticədə xəsarət almış hər 2 sürücü və F.İmanovun sərnişinləri, həmyerliləri Şahmar Məmmədov və İsgəndər Əliyev xəstəxanaya yerləşdirilmişlər. Ş.Məmmədov orada ölmüş, M.Cihada, İ.Əliyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Nəsimi RPİ tərəfindən araşdırmalar aparılır.