Səbail rayonunda yol-nəqliyyat hadisəsi
29.06.2008İyunun 30-da saat 02.10 radələrində Səbail rayonundakı "Abşeron" mehmanxanasının yaxınlığında, sürücüsünün şəxsiyyəti və dövlət qeydiyyat nişanları müəyyən edilməmiş "Mersedes" markalı avtomaşınla Sumqayıt şəhər sakini Emin Məcidov vurulmuşdur. Nəticədə xəsarət almış E.Məcidov xəstəxanaya yerləşdirilmişdir. Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.