Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən xaş-xaş və çətənə kolları məhv edilmişdir

29.06.2008

Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Baş Göynük kənd sakini Zavilyə Aslanovaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 11 kiloqram olan 71 ədəd xaşxaş kolu yığılaraq məhv edilmişdir. Goranboy RPŞ əməkdaşları tərəfindən Safıkürd kəndindən yabanı halda bitmiş, çəkisi 215 kiloqram olan 738 ədəd, Astara RPŞ əməkdaşları tərəfindən Kələdəhnə kəndindən yabanı halda bitmiş, çəkisi 322 kiloqram olan 281 ədəd, Ağsu RPŞ əməkdaşları tərəfindən Dilman kəndindən yabanı halda bitmiş, çəkisi 867 kiloqram olan 715 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir.