DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şahin Musayev «VAZ-2101» markalı avtomaşını idarə edərkən onu aşırmışdır

09.03.2005

Saat 03.25 radələrində Bakı-Qazax yolunun 438-ci km-də, Tovuzun Cəlilli kəndi ərazisində Düz Çırdaxan kənd sakini Şahin Musayev «VAZ-2101» markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə, avtomaşında yanğın baş vermişdir. Ş.Musayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir. Sərnişinlərindən biri - Düz Çırdaxan kənd sakini Elxan İsmayılov hadisə yerində, digər sərnişin Cəlilli kənd sakini Sərvan Həsənov isə avtomaşında yanaraq ölmüşlər.