Nərimanov Rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri saxlanılıblar
03.08.2023Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 2-də rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – V.İslamov və Q.Lətifov saxlanılıblar.Araşdırmalarla onların rayon ərazisindəki daha 8 evdən pul, bank kartı və 9 ədəd mobil telefon oğurlamaları da müəyyən olunub.