Qazax rayonunun Kosalar kənd sakini Etibar Məmmədrzayev ov tüfəngindən atəş açaraq Məsmə Abbasova ayağından xəsarət yetirmişdir
27.06.2008Qazax rayonunun Kosalar kənd sakinləri Etibar Məmmədrzayev və Aslan Abbasov arasında münaqişə baş vermişdir. Bununla əlaqədar E.Məmmədrzayev ov tüfəngindən atəş açaraq A.Abbasovun anası Məsməyə ayağından xəsarət yetirmişdir. Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Məmmədrzayev tutulmuş, ondan 1 ədəd ov tüfəngi götürülmüşdür.