Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonunun Soğanverdilər kəndində yol-nəqliyyat hadisəsi

26.06.2008

Saat 18.30 radələrində Bərdə rayonunun Soğanverdilər kəndində Ağdam rayon sakini Azər Əliyevin idarə etdiyi "VAZ-2106" markalı və Laçın rayon sakini Yelmar Rzayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə A.Əliyev və Y.Rzayevin sərnişinləri, Laçın rayon sakinləri Pəsi Şükürov, Eldar Rzayev, Şərəbanu Rzayeva hadisə yerində ölmüş, A.Əliyevin xəsarət almış sərnişinləri, Ağdam rayon sakini Novruz Nağızadə, Məhəmməd Niftəliyev, habelə Y.Rzayev və sərnişini, qardaşı Əkrəm isə xəstəxanaya yerləşdirilmişlər. Bərdə RPŞ tərəfindən araşdırmalar aparılır.

26.06.2008 tarixinə olan kriminal məlumatlar