DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu H.Seyidzadə küçəsi ev 2 "A" mənzil 141-də təbii qaz sızmasından partlayış baş vermişdir

27.09.2005

Saat 07.40 radələrində Nəsimi rayonu H.Seyidzadə küçəsi ev 2 "A" mənzil 141-də yaşayan Mehman Məmmədovun mənzilində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə, qonşuları Zöhrə Aslanovanın mənzilinin tavanı və həyətdəki "QAZ-31" markalı avitomaşına qismən ziyan dəymiş, digər qonşular Bağır Bağırovun mənzilinin giriş qapısı, Oqtay Başəliyevin mənzilinə ciddi ziyan dəymiş, Gülnarə Süleymanovanın mənzilinin divarları uçmuş, özü və onunla birgə yaşayan Firuzə Cəfərova isə xəsarət almışdır. Araşdırmalar aparılır.