Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

26.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Rəşad Fərəcovdan 0,4 qram heroin, Yasamal RPİ 26-cı PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Soltanovdan 0,283 qram heroin, 29-cu PB əməkdaşları Bakı şəhər sakini Asif Xudaverdiyevdən 0,255 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Əliyevdən 0,272 qram heroin, Kamran Kərimovdan 0,268 qram heroin, Şirvan ŞPŞ əməkdaşları şəhər sakini İlqar Eminovdan 0,336 qram heroin götürmüşlər. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Mirzəyevin evindən oğurluq etmiş rayon sakini Tural Bəkirov tutulmuşdur. T.Bəkirovun üstünə baxış zamanı 1 qram həşiş aşkar edilərək götürülmüşdür.

26.06.2008 tarixinə olan kriminal məlumatlar