G.Abasəliyevanın həyətindən oğurluq etmiş Şamaxı rayon sakinləri Taleh Nəhmətov və Əhliman Salmanov tutulmuşlar
25.06.2008Əzizbəyov RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində G.Abasəliyevanın həyətindən oğurluq etmiş Şamaxı rayon sakinləri Taleh Nəhmətov və Əhliman Salmanov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin fevral-mart ayları ərzində Qışlaq qəsəbəsinin ərazisindən keçən «Bakıelektrikşəbəkə» ASC-nə məxsus elektrik kabelinin 360 metrlik hissəsini, Zirə qəsəbə sakini Zülfəddin Heybətovun həyətindən 90 metr uzunluğunda dəmir borunu, Qala qəsəbə sakinləriAğaverdi Dadaşovun həyətindən 15 ədəd ev quşunu, Rövşən Qafarovun həyətindən alüminium lövhələrini, Əlipaşa Əliyevin həyətindən 2 ədəd oksigen balonlarını, habelə 2007-ci ilin dekabrındaQala qəsəbəsinin ərazisindən keçən «Bakıelektrikşəbəkə» ASC-nə məxsus elektrik kabelinin 360 metrlik hissəsini oğurlamaları müəyyən edilmişdir.