Astara rayonunun Deqədi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
10.07.2023İyulun 10-da saat 17 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində kənd sakini S.Məlikov idarə etdiyi “Mercedes” markalı avtomobillə əks istiqamətdə hərəkət edən Seləkəran kənd sakini R.Əliyevin idarə etdiyi “Mondial” markalı mopedi vurub. Nəticədə R.Əliyev hadisə yerində ölüb.Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.