Şəmkir rayonu ərazisində Z.Əhmədovaya odlu silahdan atəş açmaqda şübhəli bilinən əri Ə.Əhmədov tutularaq istintaqa təhvil verilib
07.07.2023İyulun 7-də saat 20 radələrində Şəmkir rayonu ərazisində Z.Əhmədovanın odlu silahdan açılan atəşdən xəsarət alması barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla rayon sakini Ə.Əhmədovun münaqişə zəminində arvadına tüfəngdən atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ə.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayətdə istifadə etdiyi qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.