Lerik rayonunun Orand kəndi ərazisində 15 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
29.06.2023Lerik Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Orand kəndi ərazisində 15 hektar sahədə yabanı halda bitmiş 5 tondan artıq çəkidə 20196 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.