Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini C.Əzizov saxlanılıb
24.06.2023İyunun 22-də Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini C.Əzizov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.