Binəqədi rayonu ərazisindəki 2 mağazadan ətir və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini S.Həmidov saxlanılıb
18.06.2023Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 2 mağazadan 3090 manat dəyərində ətir və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş S.Həmidov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.