Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir 

13.06.2023

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 10-da Qəbələ rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Vəndam, Nic, Zarağan kəndləri ərazilərində qanunsuz kömür istehsalı, Nohurqışlaq kəndində qanunsuz çınqıl daşınması, Qəbələ şəhəri, həmçinin Həmzəli, Qəmərvən, Kiçkik Pirəli, Sarağan kəndləri və Almadağ adlanan ərazidə məişət tullantılarının tutumlardan kənara atılması, Emirvan kəndində isə məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar olunub. 
İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi), 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması), 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə Emirvan kənd bələdiyyəsinin sədri və rayon sakinləri olan 11 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  
Bu istiqamətdə tədbirlər davam etdirilir.  

 

13.06.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub 13.06.2023
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.İbayev saxlanılıb 13.06.2023
  • Avtomobildən 5000 manat dəyərində qol saatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov müəyyən olunaraq saxlanılıb 13.06.2023
  • Evlərin birindən pul və 6600 manat dəyərində qızıl-zinəıt əşyaları oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini S.Məhərrəmov saxlanılıb 13.06.2023
  • Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 13.06.2023
  • Saatlı rayonunun Əlisoltanlı kənd sakini G.İmanovdan qanunsuz saxladığı “Toz-18” markalı ov tüfəngi götürülüb 13.06.2023
  • “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilmişdir 13.06.2023
  • 1 hektar sahədə yabanı halda bitmiş 3,2 ton çəkidə 6050 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib 13.06.2023
  • M.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 18 qramdan artıq metamfetamin, 17 qrama yaxın heroin, 1 kiloqram 935 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb 13.06.2023
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 13.06.2023
  • Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 13.06.2023
  • Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Samur rayon sakini A.Hacıverdiyev yerləşdirildiyi xəstəxanada ölmüşdür 13.06.2023
  • Oğuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 13.06.2023
  • Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir  13.06.2023