Göygöl rayonunun Balçılı kənd sakini Seymur Ələsgərov ov tüfəngindən atəş açaraq arvadı, qayınatasını öldürmüş, qayınanasını isə yaralamışdır
22.06.2008İyunun 22-də saat 02.30 radələrində Göygöl rayonunun Balçılı kəndində, kənd sakini Seymur Ələsgərov ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq arvadı Pərvanəni, qayınatası Xalid Məmmədovu qətlə yetirmiş, qayınanası Mənzər Məmmədovu yaralamış və hadisə yerindən qaçmıqşdır. Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Ələsgərov tutulmuşdur.