DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
22.06.2008DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Sultanovdan 0,854 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona vermiş İran vətəndaşı, əvvəllər məhkum olunmuş Kumərs Fikri Məsud tutulmuş, ondan 2,211 qram, idarə etdiyi "BMV" markalı avtomaşına baxış zamanı isə 30,087 qram heroin aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Goranboy rayon sakini Cabir Aslanovdan 0,2 qram heroin, Nərimanov RPİ 16-cı PB əməkdaşları Bakı şəhər sakini Tural Quliyevdən 0,315 qram heroin götürmüşlər.