DİN əməkdaşları tərəfindən yabanı halda bitmiş çəkisi 2,175 ton çətənə kolu yığılaraq məhv edilmişdir
22.06.2008Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Məmmədova məxsus tövlədən narkotik vasitə tapılması faktı ilə əlaqədar aparılmış araşdırmalar zamanı narkotik vasitənin oraya Nərimankənd kənd sakini Tural Əlizadə tərəfindən qəsdən qoyulması müəyyən edilmişdir. T.Əlizadənin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni Goranboy rayon sakini Rəna Qasımovanın həyətindən yığması müəyyən edilmişdir. R.Qasımovanın həyətyanı sahəsindən yabanı halda bitmiş, çəkisi 2 ton 175 kiloqram olan 18210 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.