Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində “VAZ-2106” markalı bir avtomobildən 2 kiloqramdan artıq heroin və 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
25.05.2023Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərkivan qəsəbəsi ərazisində Cəlilabad rayon sakinləri İ.Qarayevə məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı F.Əliyevə məxsus 2 kiloqram 390 qram heroin və 4 kiloqram 525 qram marixuana aşkar olunaraq götürülüb.