Masallı şəhəri ərazisində “Ford” və "Mercedes" markalı avtomobillər toqquşub
17.05.2023Mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisində rayon sakinləri İ.Nurəliyevin idarə etdiyi “Ford” markalı yük və S.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra “Mercedes” markalı avtomobil aşıb. Nəticədə “Mercedes” markalı avtomobildə olan Lənkəran rayon sakini F.Qurbanova xəstəxanada ölüb.
Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.