DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 91 cinayətin açılması təmin olunub

16.05.2023

Mayın 16-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 132, o cümlədən borclu şəxs qismində axtarışda olan 115 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

16.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 91 cinayətin açılması təmin olunub 16.05.2023
  • Ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 16.05.2023
  • Paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini Z.Kəlfəliyev saxlanılıb 16.05.2023
  • Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində “Mercedes” və “Hyundai” markalı iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abbasov saxlanılıb 16.05.2023
  • Xırdalan şəhəri ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən E.Rəhimov saxlanılıb 16.05.2023
  • Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılıb 16.05.2023
  • Gəncə şəhəri ərazisində bir avtomobildən bank kartını oğurlamaqda və hesabdan pul çıxarmaqda şübhəli bilinən Gəncə sakini Ə.Həsənov saxlanılıb 16.05.2023
  • Beyləqan rayonunun Dünyamalılar kənd sakini B.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 16.05.2023
  • Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində “Pejo” markalı avtomobillə moped toqquşub 16.05.2023
  • Goranboy rayonunun Xoylu kəndi ərazisində “Mercedes” markalı avtomobil ağaca çırpılıb 16.05.2023