Binəqədi rayonunun Müşfiq qəsəbəsindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Kərimov saxlanılıb
10.05.2023Binəqədi rayonunun Müşfiq qəsəbəsindəki mağazaların birindən 835 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Z.Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.