Abşeron rayonu ərazisində avtomobili sürücülük hüququ olmadan idarə edən H.Baxışov həbs edilib
10.05.2023Mayın 9-da saat 11 radələrində Abşeron rayonu ərazisində “Ford” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla sürücü Bakı şəhər sakini H.Baxışovun avtomobili sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 352.5-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə H.Baxışov 4 gün müddətinə inzibati həbs edilib.