Ucar rayonunun Bərgüşad kəndi ərazisində “Ford” markalı avtomobillə yolu keçən rayon sakini Ş.Əliyev vurulub
09.05.2023Mayın 9-da saat 21 radələrində Ucar rayonunun Bərgüşad kəndi ərazisində kənd sakini N.Səfərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən rayon sakini Ş.Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.