Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində bir nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini İ.Mirəliyev saxlanılıb
08.05.2023Mayın 8-də gecə saatlarında Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir nəfərin 900 manatının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini İ.Mirəliyev müəyyən olunaraq saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.