Saatlı rayonunun Musalı kəndi ərazisində “Khazar” markalı avtomobillə motosiklet toqquşub
08.05.2023Mayın 8-də saat 15 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində İmişli rayon sakini R.İsmayılovun idarə etdiyi “Khazar” markalı avtomobillə rayon sakini R.Salahovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletçi hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.