Nəsimi rayonu ərazisində bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və cüzdanını talamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
08.05.2023Mayın 6-da gecə saatlarında Nəsimi rayonu ərazisində bir qrup şəxsin bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və cüzdanını talaması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini X.Ələsgərov, Ağstafa rayon sakini N.Kərimov, Bərdə rayon sakini V.İsmayılov, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş T.İlyaslı və Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.