DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanovda avtomobillərin qanunsuz parklanmasına qarşı quraşdırılan 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar

08.05.2023

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri  əməliyyat-axtarış tədbiri nəticəsində avtomomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə quraşdırılan  dəmir tumbaları oğurlamaqla ölkənin nəqliyyat infrastrukturuna ziyan vuran şəxslər saxlanılıblar. Əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa təqdim olunublar.
Araşdırmalarla müəyyən edilib ki, Elşən Həsənov özünə məxsus avtomobillə tanışları Ceyhun Mirzəyev və Eyvaz  Əliyevlə  birlikdə gecə saatlarında insanların olmamasından istifadə edərək parka gəlməklə oradan ümumilikdə 14 ədəd  dəmir tumba oğurlayıb. Dəstə üzvləri daha sonra həmin tumbaları müxtəlif ünvanlarda yerləşən əlvan metal qəbulu məntəqələrinə pul müqabilində satıblar. Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi qeyd edilən əlvan metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut qismində götürülüb. Saxlanılan şəxslərin etdikləri oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. 
Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=CI72tZ0QQg4

 

 

08.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub 08.05.2023
  • Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birində R.Mehdiyevi bıçaqla öldürməkdə şübhəli bilinən ögey oğlu E.Abbasov saxlanılaraq istintaqa təhvil verilib 08.05.2023
  • Nizami rayonu ərazisində Bakı şəhər sakini F.Hüseynovu münaqişə zəminində xəsarət yetirərək öldürməkdə şübhəli bilinən Sabirabad rayon sakini H.Cəfərov saxlanılaraq istintaqa təhvil verilib 08.05.2023
  • Paytaxt sakini olan bir qadını şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyərək ondan 250 manat pul tələb etməkdə şübhəli bilinən İ.Nəcəfov saxlanılıb 08.05.2023
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində bir nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini İ.Mirəliyev saxlanılıb 08.05.2023
  • Binəqədi qəsəbəsi ərazisindən “Chevrolet” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Tağıyev avtomobillə birgə saxlanılıb 08.05.2023
  • Saatlı rayonunun Musalı kəndi ərazisində “Khazar” markalı avtomobillə motosiklet toqquşub 08.05.2023
  • Bakı-Qazax yolunda yerləşən postda yoxlama nəzarət qaydasında saxlanılan avtomobildən narkotik vasitələr, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb 08.05.2023
  • Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “KamAZ” markalı bir avtomobildən 2 ədəd akkumulyatoru oğurlamaqda şübhəli bilinən L.Dadaşzadə və İ.Əzizov saxlanılıblar 08.05.2023
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini C.Əliyev saxlanılıb 08.05.2023
  • Nəsimi rayonu ərazisində bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və cüzdanını talamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar 08.05.2023
  • Şirvan şəhər sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 08.05.2023
  • Sumqayıt şəhər sakini Z.Məmmədovdan 440 qram heroin və 460 qram metamfetamin götürülüb 08.05.2023
  • Nərimanovda avtomobillərin qanunsuz parklanmasına qarşı quraşdırılan 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar 08.05.2023