Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi
19.06.2008Saat 23.45 radələrində Hacıqabul rayonunda Beyləqan rayon sakini İsmayıl Quliyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır.Nəticədə İ.Quliyev hadisə yerində ölmüş,xəsarət almış sərnişinləri,həmyerliləri Səidə Məmmədova və Ziya Məmmədəliyev isə xəstəxanaya yerləşdirilmişlər.Hacıqabul RPŞ tərəfindən araşdırmalar aparılır.