Xırdalan şəhər sakini olan bir nəfərin bank hesabından 2300 manatını oğurlamaqda şübhəli bilinən V.Tanrıverdiyeva saxlanılıb
07.05.2023Xırdalan şəhər sakini olan bir nəfərin bank hesabından 2300 manatının oğurlaması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini V.Tanrıverdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.