Xocalı rayonunun Baharlı kəndi ərazisində “İsuzu” markalı yük avtomobil aşıb
07.05.2023Mayın 7-də saat 10 radələrində Xocalı rayonunun Baharlı kəndi ərazisində İmişli rayon sakini H.Süleymanov idarə etdiyi “İsuzu” markalı yük avtomobilini aşırıb. Nəticədə sürücü və sərnişini R.Nuriyev hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.
Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.