Nizami rayonu ərazisindəki evlərin birindən çilçıraq oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini E.Mirzəyev saxlanılıb
05.05.2023Mayın 2-də Nizami rayonu ərazisindəki evlərin birindən 2000 manat dəyərində çilçırağın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini E.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.