Naxçıvan şəhəri ərazisində şəhər sakininin çantasını oğurlamaqda şübhəli bilinən Şahbuz rayon sakini S.Məhərrəmov saxlanılıb
05.05.2023Mayın 3-də Naxçıvan şəhəri ərazisində şəhər sakininin içərisində 6130 manat dəyərində lotereya, bank kartı və sənəd olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şahbuz rayon sakini S.Məhərrəmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.