Tərtər rayon sakini L.Məhərrəmlini qəsdən öldürməkdə şübhəli bilinən həyat yoldaşı S.Əlizadə tutularaq istintaqa cəlb edilib
04.05.2023Tərtər Rayon Polis Şöbəsinə mayın 4-də saat 12 radələrində rayon sakini L.Məhərrəmlinin ölməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla S.Əlizadənin münaqişə zəminində həyat yoldaşı L.Məhərrəmliyə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.