Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobillə vətəndaş Ə.Əzməmmədova və azyaşlı qızı vurulub
04.05.2023Mayın 4-də saat 11 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Allahverdiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Ə.Əzməmmədova və azyaşlı qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb, uşaq isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.