Ümumi çəkisi 17,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
01.05.2023Polis əməkdaşlarının mayın 1-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqram 650 qram heroin, 10 kiloqramdan çox marixuana, 453 qram tiryək, 1 kiloqramdan çox metamfetamin, 1140 ədəd güclü təsiredici xassəyə malik həb və 31 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.