Binəqədi rayonu ərazisində saxlanılan sürücü B.Rəhimovun narkotik vasitə qəbul etməsi müəyyən edilib
14.04.2023Aprelin 14-də saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən postda yol nişanlanma xəttinin tələbini pozan “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Şabran rayon sakini B.Rəhimovun narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1-ci maddələri ilə protokol tərtib edilib. Bu zaman o, polisin qanuni tələbinə tabe olmadığı üçün Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilib.