Sabirabad rayonunun Şəhriyar kəndində 2 həyətdən ümumilikdə 21 ev quşu oğurlamaqda şübhəli bilinən kənd sakini H.Abbasov saxlanılıb
31.03.2023Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şəhriyar kəndində 2 həyətdən ümumilikdə 21 ev quşu oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş H.Abbasov saxlanılıb. Araşdırmalarla onun həmkəndlisi H.Hüseynovla birgə daha 3 həyətdən 3 baş qoyun oğurlaması da müəyyən olunub. Davam etdirilən tədbirlərlə H.Hüseynov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma aparılır.