Ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
26.03.2023Polis əməkdaşlarının martın 25-də və 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin, 2,7 kiloqramdan çox marixuana, 720 qramdan çox metamfetamin və 99 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.