Şamaxı rayonunun Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.03.2023Martın 23-də saat 9 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində kənd sakini E.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb. Sürücü və sərnişini Ağsu şəhər sakini Arif Əliyev xəstəxanaya yerləşdiriliblər. A.Əliyev orada ölüb.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.